"Bu, gələcəkdə qanundan sui-istifadə hallarına yol açmış olacaq" - Deputat
Tarix: 25-06-2024 | Saat: 12:20
Bölmə:Siyasət / Karusel | çapa göndər
"Bir çox hallarda qanunları qəbul edərkən həmin qanunları hüquqi ekspertizadan keçirmirik. Araşdırma aparılmır ki, bu norma sonradan qanunun sui-istifadəyə məruz qalmasına yol açacaq?"
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Təklif olunan dəyişikliklə müvafiq icra hakimiyyəti orqanına geniş miqyasda diskresion səlahiyyətlər yaradırıq. Bu da gələcəkdə qanundan sui-istifadə hallarına yol açmış olacaq. Qanunun özündə nəzərdə tutmalıyıq ki, hansı hallarda torpaqların kateqoriyaları dəyişdirilə bilər. Müvafiq icra hakimiyyəti orqanına öz mülahizələrinə görə qərar qəbul etmək üçün bu qədər geniş səlahiyyətlər verilməli deyil", - deyə deputat bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024