Mobil versiya
Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır
Tarix: 24-06-2024 | Saat: 12:30
Bölmə:Özəl | çapa göndər

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir.Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qadirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır ki,  bunun əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir,Bizim ordumuz güclüdür.Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir.

Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Odur ki, dahi şəxsiyyətin siyasi kursunun əsasını məhz Azərbaycan Ordusunu davamlı olaraq gücləndirmək təşkil edirdi. Ulu Öndər eyni zamanda bildirirdi ki, gərək Azərbaycan əsgəri və zabiti yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın. Məhz bu gün Azərbaycanın güclü orduya sahib olmasının əsasını bu ideyalar təşkil edir.Azərbaycan dövlətinin və dövlət başçılarının – həm Ümummilli Liderimiz Heydər Əliyevin, həm də Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindən biri və ən başlıcası ordu quruculuğu sahəsidir. Görülən işlər, aparılan islahatlar nəticəsində könüllü dəstələr nizami orduya, həm də Qafqazın ən güclü ordusuna çevrilmişdir. Bu gün Azərbaycan xalqı öz Ordusu ilə fəxr edir və sərhədlərinin toxunulmazlığını, müstəqilliyini bu orduya etibar edir.Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq şanlı Zəfər salnaməsi yazan Azərbaycan Ordusu bundan sonra da adını hərb tariximizə və bütün dünyaya güclü ordu kimi yazdıracaqdır.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulmasının qısa vaxt ərzində reallaşdırılmasının ən böyük səbəblərindən biri Heydər Əliyev tərəfindən xalqın bu prosesə cəlb edilməsi olmuşdu. Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordu yaratdı. Ermənistanla 1994-cü ildə imzalanmış atəşkəs ordu quruculuğunun sürətlənməsi üçün yeni imkanlar yaratmış oldu. Atəşkəs dövründə ordunun yenidən formalaşdırılması üçün Ulu Öndər dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz işlər görüldü. Heydər Əliyev ordu quruculuğundan danışarkən dəfələrlə qeyd etmişdi ki, “Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin rəmzidir və ona görə də bu proses davamlı olmalıdır”.Bəli, Ulu Öndər Heydər Əliyevin arzuladığı kimi oldu. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü ordusuna çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi, ordu siyasətinin əsasının dahi şəxsiyyət tərəfindən qoyulması oldu. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi.Bunların arxasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bütün sahələrə olduğu kimi, hərbi quruculuq sahəsinə də böyük diqqətin ayrılması dayanır. 2003-cü ildən bu vaxta kimi hərbi xərclərə ayrılan vəsaitin məbləğinin ildən-ilə artırılması, ordumuz üçün ən müasir texnika və silahların alınması, xüsusilə də zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uçuş aparatları, ən müsir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s. alınması dövlətimiz tərəfindən ordu quruculuğu sahəsinə mühüm önəm verildiyinin bariz nümunəsidir.

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında bildirirdi ki, “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. Vətən müharibəsi bu fikri bir daha sübut etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbə, 44 gündə keçirilmiş hərbi əməliyyatlar Ordumuzun qüdrəti ilə yanaşı ölkəmizin də gücünü bütün dünyaya göstərdi. Uzaqgörən siyasəti, yüksək intellekti, zəngin mənəviyyatı ilə qəlblərdə və tarixdə silinməz iz qoyan Qalib Sərkərdə -İlham Heydər oğlu Əliyev! Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ardıcıl məntiqi siyasətinin nəticəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2024