Mobil versiya
Azərbaycan möhtəşəm yaşıl gündəliyini nümayiş etdirir
Tarix: 24-06-2024 | Saat: 10:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan möhtəşəm yaşıl gündəliyini nümayiş etdirir

Artıq 30 ildir ki, ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Məlum olduğu kimi, son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olan ölkə kimi əhəmiyyəti getdikcə artır. Avropa Birliyi gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan həmçinin bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Bütün bunlarla yanaşı ölkəmizin bu gün həm də bərpaolunan enerji istehsalı sahəsində də aktiv çalışmalara başlaması Azərbaycanın enerji sektorunda mövqelərini daha da möhkəmləndirir.

Bütün bu vacib məqamlar ölkə Prezidenti cənab İlham Əliyevin iyun ayının 21-də “Euronews” telekanalının efirində yayımlanmış müsahibəsində öz əksini tapmışdır. Dövlət başçımız ilk növbədə qeyd etmişdir ki, keçirdiyi yüksək səviyyəli beynəlxalq tədbirlər vasitəsilə ölkəmiz özünün yaşıl gündəliyini nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. O cümlədən “Masdar” bu gün Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Azərbaycan hazırda ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2024