Uşaqlara bunları etmək olmaz: - SİYAHI
Tarix: 31-10-2016 | Saat: 13:51
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər
Uşağınıza ruhi, ya da fiziki baxımdan zərər vermək istəmirsinizsə bunları etməyin.
Mütəxəssislər ana və ataları diqqətli olmağa çağırırlar. Uşağınıza ruhi, ya da fiziki baxımdan zərər vermək istəmirsinizsə, bəzi davranışlardan və sözlərdən uzaq durmalısınız. Türkiyəli pedaqoq Zeynep Şimşək bu baxımdan ailələrə xəbərdarlıqlar edir. Sevgi insanların bir-birləri arasında yaratdıqları şüurlu müsbət bir bağdır. Sevgi bir ehtiyacdır. Hər kəsin sevgini ifadə etmə və sevgini tələb etmə forması fərqlidir. Uşağı necə sevmək lazımdır?
Türkiyəli mütəxəssis Z. Şimşek ilk növbədə bildirir ki, sevginin ifadə edildiyi ən gözəl və etibarlı mühit da ailə içində olanıdır. Xüsusilə valideynlərin uşaqlarına duyduqları sevgi və sevgini göstərmə formaları vacib məqamdır: “Bu heç də o demək deyil ki, biz valideynlərə uşaqlarını necə sevməyi öyrədirik. Əlbəttə, bu məsələyə müdaxilə etmirik. Amma uşağınızın ictimai və psixoloji baxımdan inkişafına təsirləri səbəbindən bu mövzunun əhəmiyyətindən bəhs etməkdə fayda var. Son zamanlar sosial şəbəkələrdə, yerli və xarici mətbuatda çox qarşıma çıxan, uşaqlarıyla bəzi pozalar verən ailələr görürəm. Məsələn, “Aşkımla lunapark keyfi”, dodaq-dodağa öpüşmək, “bal dodaqlım” və s. sözlər iştifadə etmək. Bu davranışlar valideynlərin uşaqlarını çox sevdiklərini göstərmə səyidir. Amma bu, uşağın məhrəmiyyət duyğusunun zədələnməsidir”.
Əsla etməyin!
• Uşaqları dodaqlarından öpməyin
• Altlarını dəyişdirərkən, təmizləyərkən intim yerlərinə çox toxunmayın, hətta öpməyin
• “Aşkım”, “sevgilim” kimi xitablarla müraciət etməyin
• Qüruruna toxunan ləqəblər qoymayın
• Zorla şəkil çəkdirməyin və sosial şəbəkədə paylaşmayın
Bunlar uşaqları psixoloji olaraq səhv istiqamətləndirməyə itələyən davranışlardır. Dolayısı ilə desək, uşağınız böyüdükdə sizi və ya başqa birini dodağından öpmək istəsə, əsla normal qarşılamayacaqsınız: “O halda bu, doğru bir sevgi nümayişi deyil. Uşağınıza “xüsusi yerlərinə başqasının toxunmasına icazə vermə” dedikdə o da “Bəs sən niyə toxunursan?” deyə bilər. Əgər siz belə etməkdə davam etsəniz, uşaq da başqa adamın bədəninə toxunmasını normal qəbul edəcək, hətta özü də bunu başqasına edəcək”.
Doğru sözlərdən istifadə edin
Böyümə çağında diqqət çəkmək istədiyi yaşlarında bu dəfə özü fotolar paylaşmaq istədikdə sizin qarşı çıxmağınız da qarşıdurmaya səbəb olacaq. Bu dəfə isə siz anlayış göstərməlisiniz. Hər valideyn uşağına sevgisini ən çox və doğru şəkildə hiss etdirmək istəyir. Ancaq bunu doğru bədən dili ilə və düzgün, yerində deyilmiş sözlə etmək vacibdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024