Mobil versiya
YAP-ı təmsil edən deputatlar Milli Məclisin buraxılmasını xahiş edib
Tarix: 21-06-2024 | Saat: 11:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

YAP-ı təmsil edən deputatlar Milli Məclisin buraxılmasını xahiş edib

"Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradılacaq".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

"Digər tərəfdən beynəxalq tədbirlərə hazırlıq işlərinin görülməsi, həmin tədbirlərin keçirilməsi ilə əlaqədar infrastruktur, nəqliyyat, eləcə də təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır. Bu baxımdan, parlament seçkilərinin demoktratik prinsiplərə uyğun şəkildə təşkil olunması, vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakı, səsvermədə öz iradəsini azad ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar mənə müraciət edərək növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər", - deyə MM sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024