Heydər Əliyev siyasəti Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb
Tarix: 14-06-2024 | Saat: 09:01
Bölmə:Manşet / Siyasət | çapa göndər
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı yap.org.az-a müsahibə verib.
aia.az müsahibəni təqdim edir:
- Aqiyə xanım, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünü necə xarakterizə edə bilərsiniz?
- Ulu Öndər Heydər Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinə ən önəmli inkişaf mərhələsi kimi daxil olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurlarının məhz Heydər Əliyev strategiyasının təntənəsi olduğu da danılmaz həqiqətdir. Ümummilli Lider Heydər Əliyevin iki müxtəlif ictimai-siyasi quruluşda, fərqli ideoloji tələblər şəraitində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətlərin öz ölkələrinin tarixində tutduqları yeri və öz xalqlarının taleyində oynadıqları əvəzolunmaz rolu barədə konkret təsəvvürlər yaradır. Dünya ölkələrinin təcrübəsindən, keçdiyi yoldan da bəlli olduğu kimi, liderlər daim insanları yeni, mütərəqqi ideyalar ətrafında səfərbər ediblər, onları mübarizəyə ruhlandırıblar, bəzən tarixin axarını belə dəyişərək prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndiriblər. Ulu Öndər Heydər Əliyevin istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir.
- Ulu Öndərimizin xilaskarlıq missiyası barədə fikirlərinizi bilmək istərdik…
- Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qarşısında olan ən böyük xidməti bu dahi şəxsiyyətin məhz xilaskarlıq missiyası ilə bağlıdır. Çünki bu missiya yerinə yetirilmədən bu gün nə müstəqil Azərbaycan mövcud olmazdı, nə də hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bu gün Azərbaycan öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixin ən önəmli səhifələrini yazır. Lakin Azərbaycan tarixində təəssüf doğuran, nisbətən az müddət davam etməsinə rəğmən ölkənin inkişafını illərcə geri salan dövrlər də olmuşdur. Eynilə ötən əsrin sonlarında yeni bərpa olunmuş müstəqilliyimizin ilk iki ili Azərbaycanın müasir tarixində hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi xatırlanır. Həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdilər. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir. Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran Ulu Öndər eyni zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu.
- İstərdim ki, tarixə nəzər salaraq Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunmuş nailiyyətlərdən danışasınız…
- Az öncə də qeyd etdiyim kimi, Ulu Öndər Heydər Əliyev iki fərqli tarixi dövrdə, iki ziddiyyətli ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik etmişdir. Bu iki tarixi mərhələnin hər biri – istər 1969-1982-ci illəri əhatə edən sovet dönəmi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi rəhbərin həyat amalının, xalqa və dövlətçiliyimizə xidmət edən ideyalarının təntənəsidir. Hələ hakimiyyətinin birinci dövründə Ulu Öndər Azərbaycanın müstəqil gələcəyini düşünərək bu müstəqilliyin əldə olunması və əbədi olması üçün biri-birindən mühüm addımlar atmışdır. Heydər Əliyev dühası hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş SSRİ-nin ən geridə qalmış mənsubundan qabaqcıl respublikaya çevirmişdir. 1969-1982-ci illərdə Ulu Öndər özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Bu gün planetin müxtəlif guşələrində mütəmadi olaraq yaranan münaqişələrdə məhz güc amilinin həlledici faktor kimi çıxış etməsi yüksək döyüş qabiliyyətinə malik ordunun hər bir müstəqil ölkə üçün onun suverenliyinin yeganə qarantı olduğunu deməyə tam əsas verir. Təsadüfi deyil ki, Azərbaycanda ordu quruculuğu işi şəxsən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prioritet elan etdiyi və hər zaman xüsusi diqqət mərkəzində saxladığı ən vacib sahələrdən biridir. 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı ilhaq edərək özünə birləşdirəndən sonra respublikamızda Cümhuriyyət dövründə dövlət quruculuğu istiqamətində ilk addımların atıldığı bütün sahələrdə tam durğunluq yarandı. Əlbəttə ki, həmin illərdə Azərbaycanda ordu quruculuğundan da heç bir söhbət gedə bilməzdi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti və böyük zəhməti ilə hərbi məktəbin açılmasına nail oldu. Yenə də məhz Ümummilli Liderimizin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Etiraf etmək lazımdır ki, Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçdiyini deməyə əsas verir.
- Bununla belə, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı gördüyü işlər müstəqillik illərinə də təsadüf edir...
- Əlbəttə, müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Ordusu qısa zaman ərzində böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi. Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi.
- Aqiyə xanım, son olaraq Ulu Öndərimizin müəllifi olduğu azərbaycançılıq məfkurəsi barədə də fikirlərinizi öyrənmək istərdik…
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı ilk mühüm addımlarından biri də cəmiyyətimizin vahidliyinin təmin olunması məqsədilə milli ideologiyanın formalaşdırılması oldu. Lakin bu barədə danışarkən nəzərə almaq lazımdır ki, Ümummilli Lider hələ 1969-1982-ci illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Əgər Ulu Öndərimizin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün ölkəmizin müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğu mümkün olmazdı. XX əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider öz fədakar fəaliyyətilə ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını yaratdı, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” – deməklə, Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi. Əlbəttə ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın bugünkü davamlı inkişafında özünü aşkar şəkildə büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024
09:47 Türkiyədə zəlzələ oldu
26-11-2024