Siyasətçilər “Əli və Nino”nun təqdimatında - Foto
Tarix: 28-10-2016 | Saat: 14:38
Bölmə:Gündəm | çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində sənətsevərlərə təqdim olunub. Oktyabrın 24-də sözügedən Festivalın ilk açılış filmi kimi nümayiş etdirilən film tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.
Kaliforniyada səfərdə olan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də bu ekran əsərinin nümayişində iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və aktyorları və digər şəxslər iştirak ediblər.
Nümayişdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın yaxın tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb. “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.
Sonra film nümayiş etidirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024