Azərbaycan və Gürcüstan arasında təcrübə mübadiləsi aparılıb
Tarix: 12-06-2024 | Saat: 17:28
Bölmə:Siyasət | çapa göndər
Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat Xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.
aia.az MN-ə istinadən xəbər verir ki, qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib, Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.
Sonra nümayəndə heyətinə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlərlə bağlı brifinq təqdim edilib.
Görüşdə, həmçinin hər iki ölkə ordularında strateji kommunikasiya işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024
09:47 Türkiyədə zəlzələ oldu