Mobil versiya
Ortaq mövqe və səmərəli əməkdaşlıq
Tarix: 11-06-2024 | Saat: 10:10
Bölmə:Siyasət | çapa göndər

Ortaq mövqe və səmərəli əməkdaşlıq

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfəri, bu səfər çərçivəsində imzalanmış bir sıra sənədlər göstərir ki Azərbaycan çoxqütblü xarici siyasət yürütmək istiqamətində irəliləyir. Yaxın Şərqin, eləcə də ərəb dünyasının əsas dövlətlərindən olan Misirlə əlaqələrin inkişaf etdirilməsi müsbət xarakter daşıyır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir.
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyevin Bəyanatında qeyd edildiyi kimi, qarşılıqlı səfərlər münasibətlərimizin inkişafına ciddi təsir göstərir. Müntəzəm xarakter daşıyan siyasi dialoq bir sıra məsələlərdə ortaq mövqenin müəyyənləşdirilməsində mühüm rol oynayır. Azərbaycanla Misir arasında ticari-iqtisadi əlaqələr genişlənir, beynəlxalq təşkilatlarda hər iki ölkənin mövqeyi üst-üstə düşür.
Azərbaycan-Misir əlaqələri bu günkü inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. lqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd etmək yerinə düşər ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub, Liqaya üzv ölkələrin səfirləri ilə görüş keçirilib.
Dövlətimizin başçısı bildirib ki, iki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolu və önəmli nəqliyyat dəhlizi olması sözsüz ki Misirin siyasətinə təsir edir. İndiki məqamda Azərbaycanla münasibətləri inkişaf etdirmək, qlobal layihələrdə yer almaq istəyi açıq-aşkar görünür. Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Misir Respublikası bu gün ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Çünki cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Misirin maraqlarına cavab verir. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçimməsi və Azərbaycan ərazisində bütün infrastrukturların yaradılması Yaxın Şərqin bu ölkəsini də cəlb edir və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar yaranır.
Cənab Prezident İlham Əliyevin bu səfərində imzalanmış sənədlər və səsləndirilən fikirlər Azərbaycan-Misir münasibətlərinin yeni müstəviyə keçdiyini göstərir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024