Anar Nəbiyev: Qayıdışdan Zəfərə gedən yol
Tarix: 10-06-2024 | Saat: 11:41
Bölmə:Siyasət | çapa göndər
Ölkəmiz 18 oktyabr 1991 -ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından sabaha ümidlərini itirmişdir. Dövlətlə xalq arasında uçurum yaranmışdı. Bu hallar ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Təbii ki, istər zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr belə davam edə bilməz. Xalq ayağa qalxaraq öz xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz Ulu Öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü. Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya bu mühüm məqam ilə yadda qaldı ki, Ulu Öndər Heydər Əliyev səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu.
Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, sabitlik yarandı və inkişaf dövrü başlandı. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan dahi şəxsiyyət Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Qurtuluşdan başlanan yolun uğurları Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazdırdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə qürur duyur. Tarixi sahibinə qovuşmuş torpaqlarımız cənnət məkana çevrilir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Müstəqilliyimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Artıq Onun ruhu şaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli Bayrağımız azad edilmiş bütün torpaqlarımızda dalğalanır.
15 İyun- Milli Qurtuluş Günündə çoxəsrlik tariximizə növbəti qürur səhifəsi yazıldı. Daim dostluğu, qardaşlığı ilə nümunə olan Azərbaycan və Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəldi. Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Belə ki, iki dost, qardaş ölkənin Prezidentləri Müttəfiqlik Bəyannaməsini imzaladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması bir daha tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair sənəd müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti 10 dekabr 2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdir. Şuşa Bəyannaməsi məhz bunun bariz nümunəsi oldu. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin təminatıdır.
Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən Azərbaycan-Türkiyə münasibətlərinin fonunda türk dünyasının birliyinin, həmrəyliyinin sarsılmazlığını bir daha vurğuladı. Bu birliyin vacibliyindən geniş bəhs edərək hazırda tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində bu həmrəyliyin öz aydın ifadəsini tapdığını diqqətə çatdırdı. Vurğuladı ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir. O da qeyd edildi ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyuldu. Bütün bunlar bir daha birliyimizi göstərir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024