Ulu Öndər Azərbaycanı məhv olmaqdan xilas etdi
Tarix: 08-06-2024 | Saat: 10:07
Bölmə:Siyasət | çapa göndər
Bu il ilk dəfə olaraq qali Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun – Milli Qurtuluş Gününü ölkənin istisnasız bütün ərazisində keçirəcək. Keçən ilin sentyabr ayında Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun bir gün ərzində keçirdiyi antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda erməni separatizminin kökü birdəfəlik kəsildi, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Lakin bu qələbələrə gəlib çatana qədər Azərbaycan tarixin çox sınaqlarından keçməli olmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ölkəmizi bu sınaqların ən ağırından, ən təhlükəlisindən çıxarmaq missiyasını öz üzrənə Ulu Öndər Heydər Əliyev götürmüşdür. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan xalqının ən ağır günləri ötən əsrin 80-ci illərinin sonlarında, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu vəzifələrdən, siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Belə ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə qəti etirazını bildirərək, tutduğu bütün vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və xalqımızın faciələri də məhz o gündən başladı. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışlarının birində dediyi kimi, Ulu Öndər hakimiyyətdə təmsil olunmaqda davam etsəydi, heç vaxt erməni millətçiləri belə tələblər irəli sürməyə cürət etməzdilər.
Lakin bu hadisələrdən cəmi bir neçə il sonra, tarix göstərdi ki, əslində öz içimizdə olan antimilli qüvvələr, bu dövlətə xarici düşmənlərimizdən daha böyük zərbələr vurmağa hazırdırlar. Müstəqilliyin ilk illərində Azərbaycanda iqtidarda olan siyasətbazların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
1993-cü ildə respublikada artıq böhran özünün pik həddinə çatmışdı. Belə bir mürəkkəb və təhlükəli vəziyyətdə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək yenidən hakimiyyətə qayıtdı. Ulu Öndər həmin dövrdə doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkə qurtuluş və nicat yoluna qədəm qoydu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Məhz bütün bunlara görə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanda sabitliyin, iqtisadi tərəqqinin geniş vüsət almasında Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 12 may 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanmasının xüsusi yeri vardır. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin bu mühüm addımı müharibə şəratində yaşayan ölkəmizin qarşısında yeni imkanlar açdı. Ulu Öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüququnu təmin etdi. İnsan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması və s. kimi demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin adı və ideyaları əsrlər boyunca Azərbaycan xalqının qəlbində və əməllərində yaşayacaq.
İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatnın sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024