Mobil versiya
Qambiya Prezidenti Azərbaycan liderini təbrik etdi
Tarix: 06-06-2024 | Saat: 17:56
Bölmə:Siyasət | çapa göndər

Qambiya Prezidenti Azərbaycan liderini təbrik etdi

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevi təbrik edib.

aia.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. Xalqınızın şücaətini, qətiyyətini və gücünü təcəssüm etdirən bu əlamətdar gün ölkənizin tarixində önəmli bir mərhələdir.

Azərbaycanın keçdiyi müstəqillik yolunu xatırlayarkən, dünya bu illər ərzində əldə etdiyiniz nailiyyətləri və irəliləyişləri yüksək qiymətləndirir.

Xalqlarımız arasında münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında qurulub.

Biz Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təşviqi istiqamətində göstərdiyi səyləri təqdir edirik.

Bu əlamətdar günü qeyd edərkən, Azərbaycanı onun bütün vətəndaşları üçün daha parlaq və firavan gələcəyə aparan fəaliyyətinizdə müstəqillik ruhunun Sizi həmişə ilhamlandırmasını arzulayıram.

Sizi bir daha bu bayram münasibətilə təbrik edirəm.

Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına sevinc dolu bayramlar və davamlı uğurlar diləyirəm.

Zati-aliləri, Sizə ən yüksək qardaşlıq ehtiramlarımı çatdırıram".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024