Bakı Enerji Həftəsi öz işinə başladı
Tarix: 05-06-2024 | Saat: 21:01
Bölmə:Siyasət | çapa göndər
Cari ilin iyunun 4-də ölkəmizin paytaxtında start götürmüş Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olub. Ölkə Prezidenti cənab İlham Əliyevin açılış mərasimində iştirakı layihənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış oldu. Məlum olduğu kimi, Bakı Enerji Həftəsi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini bir araya gətirir.
Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olan ölkə kimi əhəmiyyəti getdikcə artır. Avropa Birliyi gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan həmçinin bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Belə ki, Cənubi Qafqazda enerji məsələsi getdikcə daha aktual problem kimi qarşıya çıxır. Azərbaycan qazı və neftinin dünyaya çıxarılması məsələsi isə özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. O dövlətlərin hər birinin enerji təhlükəsizliyi bu aspektdə Azərbaycanın enerji strategiyasından asılıdır. Maraqlıdır ki, bu asılılıq getdikcə artır. Dünyanın hətta aparıcı dövlətləri Azərbaycanın enerji ehtiyatlarından müəyyən bəhrə götürməyə çalışırlar. Bunun bir səbəbi vardır – Azərbaycan etibarlı tərəfdaşdır və onun daxili durumu stabildir.
Hazırda dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər. Bununla yanaşı bu gün Azərbaycan həm də bərpa olunan enerji növlərinin istehsalı sahəsində dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edir. Bakı Enerji Həftəsində bərpaolunan enerji ilə bağlı şirkətlərin çoxluq təşkil etməsi də ölkəmizin bu sahədə potensialının yüksək qiymətləndirildiyindən xəbər verir. Beləliklə, Azərbaycan bu gün bir çox Avropa dğvlətlərinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və bu amil ölkəmizin beynəlxalq mövqelərini getdikcə daha da möhkəmləndirir.
Bu gün regional və beynəlxalq təhlükəsizlik məsələlərinə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və yüksək qiymətləndirilir. Bu onun nəticəsidir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024