Mobil versiya
Dünyanın 10 ən böyük mafiya qruplaşmaları - SİYAHI - FOTOLAR
Tarix: 26-10-2016 | Saat: 13:24
Bölmə:Media | çapa göndər



İlk mafiya qruplaşması 13-cü əsrdə yaranıb.


Mafiya italyan sözüdür və kriminal aləm deməkdir. 19-cu əsrin sonlarında Siciliyada formalaşıb və fəaliyyətini ABŞ-ın və digər dövlətlərin iqtisadi cəhətdən inkişaf etmiş iri şəhərlərində davam etdirib. Kriminal qruplaşmaların birləşməsindən yaranır.

Günümüzdə isə mafiya sözü deyiləndə istənilən etnik cinayətkar qruplaşma nəzərdə tutulur. Bu qruplaşmalar əsasən Siciliya mafiyası Koza Nostranın təşkilatını və strukturunu mənimsəyir.

Dünyanın ən böyük mafiya qruplaşmalarının siyahısını təqdim edirik.

10. "Yardies gang"-Yamayka-Britaniya mafiyası

50-ci illərdə İngiltərəyə köçən Yamaykalıların qurduğu qruplaşmadır. Silah və narkotik maddə ticarətində böyük payı var. Dövlət strukturlarına nüfuz etmək istəmədiyi üçün digər qruplaşmalar kimi güclü deyil.

9. Alban mafiyası

Albaniyada çoxsaylı cinayətkar qruplaşma var. Onların qaydaları 14-cü əsrdən bu yana dəyişməz qalıb. Alban mafiyası insan ticarəti, spirtli içki, tütün məmulatları ticarətində iştirak edir, fahişə biznesini nəzarətdə saxlayır, reketlik və avtomobil oğurluğu ilə məşğul olur. Ötən əsrin 80-ci illərindən fəaliyyətə başlayıb. Əsasən ABŞ və Britaniyada geniş yayılıb. Xüsusi amansızlığı ilə seçilir.

8. Serb mafiyası

Serb mafiyası dünyanın 10-dan çox ölkəsində fəaliyyət göstərir. Onların fəaliyyət sahəsi narkotik maddə qaçaqmalçılığı, sifarişli qətllər, reketçilik, oğurluq, qarət və qumardır. İnterpolun siyahısında dünyanın ən iri narko-kartellərinin rəhbəri və əməkdaşı olan 350 serb vətəndaşının adı var. Serbiyada hal-hazırda 30-40 qruplaşma fəaliyyət göstərir.

7. İsrail mafiyası

Yəhudilər bir çox dövlətin bandit qruplaşmasında iştirak edir. Onların əsas fəaliyyət sahəsi narkotik maddə ticarəti və fahişəlikdir. Rus-İsrail mafiyası ABŞ-ın siyasi sistemində elə möhkəmlənib ki, onları oradan hətta Amerika ordusu da çıxara bilməz.

6. Meksika mafiyası

Meksika mafiyası kökü həbsxana dünyasına qədər gedib çıxan və ABŞ-da məskunlaşan qüdrətli kriminal strukturdur. 50-ci illərdə yaranıb və məqsədi ABŞ həbsxanalarında cəza çəkən meksikalıları digər cinayətkarlardan və həbsxana nəzarətçilərindən qorumaq olub. Əsas fəaliyyət sahəsi qarət və narkotik maddələrin alveridir.

5. Yapon yakudzaları

Yapon mafiyasının kökləri ronin və ya zadəgan-samuraylara uzanır. Yakudzalar bütün dünyada məşhur olsa da, şəhərlərdə onlara rast gəlmək çox çətindir. Amma nəzərə almaq lazımdır ki, yapon mafiyasının sıralarında 100 min adam var. Səs-küylü amerika mafiyasına isə cəmi 20 min adam xidmət edir. Fəaliyyət sahəsi reketçilik, qadağan edilmiş Avropa və Amerika porno filmlərinin yayılması, qanunsuz emiqrasiya və fahişəlikdir.

4. Çin triadaları

Çin dünyanın qlobal inkişafının liderinə çevrilir. Amma bu prosesin mənfi cəhətləri də var. Çində triada ən böyük mafiya klanı sayılır. Miqrasiya prosesinə nəzarət edən Çinin mafiya sktrukturu və digər dövlətlərdə fəaliyyət göstərən çin mafiyası insan ticarəti və qanunsuz miqrasiya məsələsində liderliyi ələ keçirib. Çin mafiyası Avropa Birliyinə daxil olan ölkələrdə insan ticarətinə görə birinci yerdədir.

3. Kolumbiya narko-kartelləri

Kolumbiya mafiyası dünyanın ən iri kokain alverçisi sayılır. Dövlətin bu məsələdə bütün cəhdləri boşa çıxır. Kolumbiya mafiyası ötən əsrin 60-cı illərindən fəaliyyətə başlayıb. "Medelyin" və "Kali" kartelləri kokain istehsalında liderdir.

2. Cosa Nostre

13-cü əsrdə Siciliya adası əlcəzairli dəniz quldurları və Şimali İtaliya hersoqlarına xidmət edən fransız dəstələri tərəfindən müntəzəm olaraq qarət edilirdi. Ada sakinləri 1282-ci ildə fransızlara qarşı " Morete alla Francia, Italia anela" (Fransa məhv ol, İtaliya nəfəs al!) başlığı altında mübarizəyə başladılar. Siciliyalılar ilk olaraq "Mafia" çağırışını etdilər. Tezliklə özünümüdafiə dəstələri peşəkar döyüşçü birliklərinə çevrildilər. Kəndlilər müdafiə olunduqları üçün bu dəstələrə pul ödəyirdilər. 19-cu əsrdə vahid sistemə çevrilən mafiya, İtaliyadan ayrılmaq fikrinə də düşmüşdü.
19-cu əsrin sonlarında yoxsulluqdan və klanlar arası müharibələrdən bezən siciliyalılar Amerikaya köçdülər. Amerikanın iri şəhərlərində Siciliya ailələrinin "Cosa Nostra" şəbəkəsi formalaşmağa başladı. İtalyancadan tərcümədə cosa nostra "bizim iş" mənasına gəlir. Bu şəbəkə kazino, qaçaqmalçılıq, fahişəlik, spirt, tütün və silahın qanunsuz dövriyyəsi, reketçiliklə məşğul olmağa başladı.

1. Rus mafiyası

Rus mafiyasının sıralarında 500 min adam fəaliyyət göstərir. Onun xaç atası Rusiya iqtisadiyyatının 70 %-inə, Makao və Çindəki fahişə biznesinə, Tacikistan və Özbəkistandakı qanunsuz narkotik maddə dövriyyəsinə, Kipr, İsrail, Belçika və İngiltərədə çirkli pulların yuyulmasına, avtomobil oğurluğuna, Almaniyada fahişəliyə və nüvə materiallarının alverinə nəzarət edir.
Sərhədlər açılıqdan sonra Rusiya cinayətkar aləmini idarə etmək mümkün olmadı. Mafiya ixracı başlandı. Bəzi mənbələrə əsasən, hal-hazırda dünyanın 50 ölkəsində rus mafiyası fəaliyyət göstərir.

Dünyanın 10 ən böyük mafiya qruplaşmaları - SİYAHI - FOTOLAR












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024