Pakistan Azərbaycana COP29-a sədrliyi dövründə hərtərəfli dəstək verəcək
Tarix: 30-05-2024 | Saat: 12:38
Bölmə:Siyasət | çapa göndər
Pakistan Azərbaycana COP29-a sədrliyi dövründə hərtərəfli dəstək verəcək.
aia.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli görüşlərin yekunu üzrə birgə mətbuat konfransı zamanı deyib.
"Ölkələrimiz iqlim fəaliyyəti və bərpa olunan enerji sektorunda əməkdaşlığı gücləndirəcək. Qardaş ölkəmiz Azərbaycanı gözəl Bakı şəhərində COP29 tədbirinə ev sahibliyi etməsi münasibətilə təbrik edirik", - o qeyd edib.
Pakistan XİN başçısı vurğulayıb ki, bu gün onlar ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər: "Biz ticarət, investisiya, kommunikasiya, enerji və müdafiə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Xüsusilə, enerji sektorunda ikitərəfli investisiyaların artırılması üçün tədbirlər görürük. Enerji üzrə birgə işçi qrupu enerji sektorunda əməkdaşlığın təşviqində mühüm rol oynayacaq. Birgə işçi qrupun ilk iclasının nəticələri bizi ruhlandırır. Biz parlamentlərarası mübadilələri, mədəni əməkdaşlığı, o cümlədən təhsil sahəsində əməkdaşlığı da gücləndirəcəyik. Tələbələr, akademik dairələr, iş adamları və turistlər arasında mübadilələri təşviq edəcəyik. Biz, həmçinin əməkdaşlığımızı və çoxtərəfli forumları, regional və qlobal hadisələri, o cümlədən Qəzzada baş verənləri müzakirə etdik. Hər iki ölkə beynəlxalq hüququn qorunmasının qəti tərəfdarıdır. Pakistan və Azərbaycan çoxtərəfli forumlarda uzunmüddətli əməkdaşlıq tarixinə malikdir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024