Azərbaycan-Tacikistan münasibətləri uğurla inkişaf etdirilir
Tarix: 29-05-2024 | Saat: 16:04
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Respublikasının çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir.Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr nəticəsində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurmuş və xalqlarımızın rifahına xidmət edən mühüm nailiyyətlər qazanılmışdır.
İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu strateji tərəfdaşlıq, regionda sülh və sabitliyin təmin edilməsinə və iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan və Tacikistan arasındakı strateji tərəfdaşlıq iki ölkə arasındakı tarixi və mədəni bağları daha da möhkəmləndirəcək və gələcəkdə daha da səmərəli əməkdaşlığın təməlini qoyacaq. Tacikistan Prezidenti Emoməli Rəhmonun bu dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək. Ölkələrimizi birləşdirən digər səbəb isə siyasi məsələlərdə daha çox ortaq mövqeyə sahib olmaqdır. İstər Azərbaycan, istərsə də Tacikistan, demək olar ki, bütün platformalarda bir-birilərinə dəstək nümayiş etdirir, konstruktiv mövqe sərgiləyirlər. İkinci Qarabağ savaşında da Tacikistan Azərbaycanın haqq işini dəstəkləyib, həmişə yanımızda olduğunu bəyan edib. Münasibətlərimizin bu səviyyəsi bütün sahələrdə - siyasi-iqtisadi, mədəni və mənəvi məsələlərdə hər iki xalqa fayda gətirir.
Azərbaycan və Tacikistan arasındakı strateji tərəfdaşlıq iki ölkənin liderlərinin iradəsi və xalqlarımızın dostluğu sayəsində daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin bəyanatında vurğulanan konkret addımlar iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafını təmin edəcəkdir. İmzalanmış sənədlər və həyata keçirilən layihələr, Azərbaycan və Tacikistan arasında əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirəcəkdir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024