Mobil versiya
Yaşıl dünya üçün həmrəylik mesajı
Tarix: 29-05-2024 | Saat: 10:31
Bölmə:Siyasət | çapa göndər

Yaşıl dünya üçün həmrəylik mesajı

Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına mü3sahibə verib. Ölkəmzin başçısı ona ünvanlanmış suallara verdiyi cavabında bildirib ki, ilk növbədə COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Çünki Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaq kimi böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi.yi müddətdə 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail ola bilmişdir.

Eyni zamanda ölkəmizin Avropa İttifaqına üzv olan ölkələrlə fəal işlədiyini qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, “üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.”

Ölkəmizin başçısı bildirmişdir ki, COP29 kimi mötəbər beynəlxalq tədbirdə “qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.”

Təbii sərvətlərə malik olan ölkələrin qınaq obyekti olmasının qəbuledilməzliyini bildirən cənab İlham Əliyev həmin ölkələrin onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmasının düzgün olmadığını diqətə çatdırmışdır: “Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”
COP üçün yenilik olan bir təşəbbüsün Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulayan ölkəmizin başçısı qeyd etmişdir ki, bu yenilik üçlük, üç ölkə mexanizminin yaradılmasıdır: “Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.”

Yaşıl dünya yaradılması yolunda atılan addımların bəşəri əhəmiyyət daşıdığını xüsusi qeyd edən cənab İlham Əliyev bir daha ölkəmizin yürütdüyü siyasətin bəşəri dəyərlərə töhfə verdiyini və bu yolda Azərbaycanın əlindən gələni etməyə hazır olduğunu dünya ictimaiyyətinin diqqətinə çardırmışdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024