Mobil versiya
Qusarda 28 may – Müstəqillik Günü münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 27-05-2024 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

Qusarda 28 may – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı rayon uşaq incəsənət məktəbi ərazi partiya təşkilatı ilə birlikdə 28 may – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir öncəsi Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Azər Badamov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən ətraflı söz açaraq müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən bəhs etmişdir. Azər Badamov xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və bu gün onun siyasi kursunu uğurla inkişaf və davam etdirən Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğunu xüsusi qeyd etmişdir.

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gərgin və mürəkkəb ictimai-siyasi şəraitdən danışmış, cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin qısa ömründə əldə etdiyi böyük nailiyyətlər və qalibiyyətlərdən bəhs etmişdir. Həmçinin David İbramxəlilov Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının öz sələfinin acı taleyini yaşamaqdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində qurtulduğunu və bu gün cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində qüdrətli bir ölkəyə çevrildiyini xüsusi qeyd etmişdir.

Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının fəalı Svetlana Mirzəyeva Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa zaman ərzində uğurlu fəaliyyətindən söz açmışdır.

Tədbir Qusar rayon uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024