Mobil versiya
Dövlət müstəqilliyimizin 33 yaşı
Tarix: 27-05-2024 | Saat: 17:38
Bölmə:Özəl | çapa göndər

Dövlət müstəqilliyimizin 33 yaşı

Zəngin tarixi keçmişə malik xalqımız azad yaşayış,müstəqil dövlət uğrunda uzun, mən deyərdim ki, çox çətin mübarizələrlə dolu bir yol keçmiş və öz lideri ilə qəhrəmanlıq salnaməsi yazmışdır.Müstəqil olmaq, öz dövlətini qurmaq, inkişaf etdirmək,bir sözlə öz taleyinə sahib olmaq istəyi istənilən xalq üçün ən böyük nailiyyətdir. Müxtəlif vaxtlarda və mərhələlərində üzləşdiyimiz çətinliklərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik arzularına son qoya bilməmişdir,şərait yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmişdir. Doğrudanda xalqımız çox xoşbəxt xalqdır ki,artıq bu gün öz müstəqil dövlətinə sahibdir və qürurla qeyd edirəm ki, müstəqilliyimiz xalqımızın ən qiymətli, milli sərvətidir!
Əziz oxucu, bildiyiniz kimi keçən əsrdə Ölkəmiz iki dəfə öz dövlət müstəqilliyini qazanmış, elan etmişdir.XX əsrin əvvəllərində, 1918-1920-ci illərdə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyət-inin ömrü cəmisi 23 ay olmuşdür.Əsrin sonuna doğru isə,1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması çox çətin, məşəqqətli olmuşdır.
Şübhəsiz ki,tarixdə liderlərin, şəxsiyyətlərin rolu çox önəmlidir.Xüsusi vurğulayım ki, xalqımız üçün isə belə möhtəşəm əməllərə imza atmış dahi şəxsiyyət və ümummillilider isə şübhəsiz ki, Heydər Əlirza oğlu Əliyev olmuşdur.Belə ki, bu gün ulu öndər Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi xüsusi qeyd olunur.Çünki bu dühanın həyatı nə zamana, nə də məkana sığmayan, böyük siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil AZƏRBAYCAN dövlətini qurmaq və öz müdrik siyasəti, güclü əqidəsi, nəhayət tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideyalarını gerçəkləşdirməyə nail olmuşdur.Həyatım boyu özümün və bütöv Azərbaycanlıların idealı hesab etdiyim, Müasir və müstəqil Azərbaycanın banisi,xilaskarımız Ulu Öndər Heydər Əliyev 1982-ci ilin dekabr ayında Siyasi Büronun üzvü seçilmiş,o vaxt ki, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələrək, bu vəzifədə də daim xalqımızın mənafelərini qorumuş, ölkəmizə qarşı erməni millətçiliyinin və onların dəstəkçilərinin təxribatlarının qarşısını qətiyyətlə almışdır.Ümumiyyətlə Heydər Əliyev harada çalışmasından asılı olmayaraq, həmişə xalqına, dövlətinə və vətəninə sədaqətlə xidmət etmiş, doğma Azərbaycanı ilə daim əlaqələrini saclamış,ölkədə baş verən hadisələri diqqətlə izləmiş və ölkəmizin inkişafı üçün əlindən gələn hər seyi etmişdir.
Bəli, Ümummilliliderin şah əsəri olan müstəqil və müasir ölkə, Azərbaycan artıq 33 ildir ki, etibarlı əllərdədir, artan dinamik inkişafa hesablanmış siyasətlə bölgədə və dünyada seçilir. Artıq güclü Dövlətimiz ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Suverenliyimizin tam təminatçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövləti möhkəmləndirməsi və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Arxadakı bu illər ərzində AZƏRBAYCANDA ictimai-siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyi daha da möhkəmlənmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə ölkəmiz yeni əsrin əvvəllərində keçid iqtisadiyyatı ilə vidalaşaraq, yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlamışdır.Həyata keçirilən müasir və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən ən mühüm şərtlərdən biridir.Mən müasir struktur islahatları arasında, Birinci vitse-prezidentlik institutunun təsis olunmasını müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulamaq istəyirəm.
İnstitutun yaranması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ölkədə vətəndaşlara dövlət diqqətinin və qayğısının daha da gücləndirilməsində, xalqın bütün təbəqələrini əhatə edən güclü sosial siyasətin davam etdirilməsi, ümumiyyətlə istər bütün dünyanı çənginə almış, iqtisadiyyatını çökərtmiş görünməyən ölüm COVİD19 virusunun tuğyan etdiyi bir vaxtda (pandemiya dövru), istərsədə 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində Şanlı Zəfərin çalınması prosesində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə çiyin-çiyinə olması, mühüm amil olmuşdur. Birinci vitse-prezident Mehriban xanım öz uğurlu siyasi və ictimai fəaliyyəti ilə, ölkəmizdə bütün sahələrin inkişafına müstəsna töhfələr verir.Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin inkişafı ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə sahibdir.Bir sözlə Mehriban xanımın universal fəaliyyəti Azərbaycanın inkişafına xidmət edir.Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da inkişafında, çiçəklənməsində yaxından iştirak etmək, müxtəlif xeyirxah işlər görməklə,insanlara daim kömək əli uzatmaq Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətini və qayəsini təşkil edir.Birinci vitse-prezidentin ölkənin bütün sahələrində təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır.Qeyd etdiyim kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi müstəsna tədbirlər və bəyanatlar xalqımızın milli həmrəyliyinin daha da möhkəmlənməsi üçün çox böyük töhfədir.
Məhz bu da,Respublikamızda sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oynadıqları oyunlarına son qoyuldu.İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasib-ətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı. Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu.Nəhayət qürurla qeyd edirəm ki, Azərbaycanın bu günkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu gündə uğurla davam etdirilir.
Qeyd etməyə bilmərəm ki, Prezident İlham Əliyevin misilsiz möhtəşəm, uzunömürlü lahiyələri, Ölkəmizi inkişaf etmiş Lider ölkələr sırasında etibarlı etmiş, uğurlu siyasi addımlamağına zəmanət vermişdir. Onun lider olaraq düşünülmüş, uzaqgörənliyi, daxili
və xarici siyasətdə əldə etdiyi mütamadi naliyyətləri Vətənimizi və onun çox təriqətli əhalisinini dünya xalqlarının sevimlisinə çevirmişdir. Azəribaycanın dövlətçiliyinin rəhni içtimai - siyasi sabitliyimiz, multikulturalizmin, tolirantlığın beynəlxalq və milli dəyərlərinin nəsildən-nəsilə ötrülməsi dediklərimin bariz nümunəsidir. 2020 - ci ildə Ali Baş Komandanın Özüzünün Müzəffər, Qalib Ordusuyla, ani gedişli taktikasıyla erməni vandallarını bir göz qırpımında məhv etməsi dünya hərb Generallarını və Xalqlarını heyrətləndirdi. Nəqədər təəccblü görünsədə 44 günlük ibratamiz hərb tarixindəki qeyri-adi döyüş taktikasıyla Prezident İlham Əliyev 30 ildən artıq işğal altında olan 20% torpaqlar-ımızı doğma vətənimizin ana qucağına qaytardı. Hətta ermənilərin 101 il öncə özəlşdirdiyi əlimizi üzdüyümüz, ağlımıza belə gəlməyən ölmüş torpaqlarımıza ərazi bütövlüyümüzdə həyat nəfəsi verdi.Bu dediklərim qətiyyətli Prezidentimizin canlı planetin siyasət məkanında həyata keçirtdiyi təkzib olunmaz mütamadi böyük, nüfuzlu, müdrük siyasətinin parlaq təzahürüdür ! Beləliklə Müstəqilliyimizin 33 ili çətinliklə, böyük məsuliyyətlə və şərəflə Xalqımız, onun qətiyyətli və uzaqgörən s liderləri ilə arxada qaldı. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş, şəhid olmuş bütün bacı-qardaşlarımıza Allahdan rəhmət və Qazilərimizə isə şəfa istəyirəm. Siz daim ürəyimizdə yaşayacaqsınız!
Qədirbilən Xalqımızı və Müzəffər Ali Baş Komandan ,Prezident İİlham Əliyevi bu bayram münasibəti ilə təbrik edirəm!

YAP Saatlı rayonu 15 saylı
ƏPT-nın sədri, Məmmədov Vüqar.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə