Mobil versiya
Qazaxda 28 May - Müstəqillik Günü qeyd olundu -Fotolar
Tarix: 27-05-2024 | Saat: 17:25
Bölmə:Cəmiyyət | çapa göndər

Qazaxda 28 May - Müstəqillik Günü qeyd olundu

27 may 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatının “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” mövzusunda tədbiri keçirildi.

aia.az xəbər verir ki, tədbir Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulması ilə başlandı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi mühüm islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan və s. ətraflı danışdı. Rayon təşkilatının sədri eyni zamanda Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində göstərdiyi misilsiz xidmətlərdən, onun böyük xilaskarlıq missiyasından, Ulu Heydər Əliyev siyasətinin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsdindən geniş bəhs etdi. A.Nəbiyev bu uğurlu siyasi kurs nəticəsində Qazağın işğal altında olan 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması münasibətilə tədbir iştirakçılarını da təbrik etdi. Bunu Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın növbəti qələbəsi kimi qiymətləndirdi.

Tədbirdə partiya veteranlarından İsgəndər Qurbanov, Polad Ağakişiyev, partiya fəallarından Leyla Məmmədova, Şəhla Şəmilova, Qılınc Cəfərov, Murad Nəsibov, Elgün Manafov çıxış edərək 28 may Müstəqillik gününün tariximizin ən mühüm hadisələrindən biri olduğundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai - siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində görülən məqsədyönlü işlərdən, müstəqil dövlət quruculuğu istiqamətindəki atılan mühüm addımlardan, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində müstəsna xidmətlərindən, bu siyasi kursun Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışdılar. Natiqlər 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024