Mobil versiya
Azərbaycan təhlükəsiz platforma yaradacaq
Tarix: 27-05-2024 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan təhlükəsiz platforma yaradacaq

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və xüsusilə son bir neçə ildə onlarda fəal iştirakı ölkəmizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək baxımından böyük təcrübə qazandırıb. Cənab Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində bu təcrübənin bir çox qlobal problemlərin həllində istifadəsinin mümkünlüyünü və hətta zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu vurğulayıb və bildirib ki, tədbir zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır.

Məlum olduğu kimi, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində uğurla sədirlik edib. Bu dövr ərzində ölkəmiz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurub. Eyni zamanda Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bu əlaqələr Azərbaycana müxtəlif qitələrdə yerləşən ölkələr arasında qlobal əlaqələrin yaradılması baxımdan effektiv vasitəçilik etmək üçün unikal imkanlar verir.

Əlbəttə ki, bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yaşıl gündəliyi də beynəlxalq ictimaiyyət üçün çox maraqlıdır. Bu sahədə Azərbaycanın yaxın gələcəyə hesablanmış planları barədə Avropa ictimaiyyətini məlumatlandıran dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qitəyə yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı olan ölkəmiz Avropa üçün önəmli yaşıl enerji təchizatçısı da olacaqdır. Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, əgər iştirakçı ölkələr yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsələr, bu, COP29-un ən vacib mirası olacaq. Bunun üçün ölkələr qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birini günahlandırmağa son verməlidirlər. Nefti olmayan ölkələr də bu sərvətə sahib olan ölkələri ittiham etməməli, “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Öz növbəsində Azərbaycan bütün məsələlərin siyasi-diplomatik müstəvidə həllinə nail olunması üçün təhlükəsiz platforma yaratmağa çalışacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024