Eltun Süleymanov: “Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təbiidir.”
Tarix: 25-05-2024 | Saat: 10:24
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
Müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib, bu tədbirlərin təşəbbüskarı kimi, onların mövzuları düşünülmüş və ardıcıl şəkildə müəyyən olunub. Əlbəttə ki, Azərbaycanın ev sahibliyi etdiyi həmin mötəbər tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə, dialoqa xidmət edir və beləliklə də Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 da belə tədbirlərdən biri olacaqdır. Yaşıl iqtisadiyyata keçid siyasəti elan etmiş bir ölkə rəhbərinin düşüncələri, gözlədiyi hədəflər dünyanın diqqət mərkəzindədir.
Məhz bu baxımdan aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı dünyanın aparıcı televiziya kanallarından biri olan “Euronews” telekanalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibə alıb.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, “müsahibə alan telekanalın sualları yuxarıda qeyd etdiyim fikirlər əsasında qurulmuşdur. İlk növbədə Azərbaycanın bu tədbirə hazırlıq səviyyəsi, hədəflər əsas diqqət obeykti olduğundan ölkəmizin başçısı konkret və hərtərfəli cavablar vermişdir. Cənab Prezident qeyd etmidir ki, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi, 120-dən çox üzvü olan bir təşkilatda həmrəylik mühiti yarada bilməsi imkan verir ki, belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etsin.
Buliki COP-dan gözləntilərin və hədəflərin əsasən Qlobal Cənub və Qərbin iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlməsi üçün həmrəylik və ortaq məsuliyyətin gücləndirilməsi olduğunu bildirən cənab İlham Əliyev iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı azaltmağın vacibliyini vurğulamışdır.
Azərbaycanın OPEC+ təşkilatının üzvü olduğunu xatırladan ölkə başçısı bildirib ki, “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”
Eltun Süleymanov qeyd etmişdir ki, “ölkəmizin başçısı bildirib ki, hazırda gedən proseslərdə ittihamların heç bir əhəmiyyəti yoxdur. Əksinə, mövcud problemin həllində Braziliya, Azərbaycan və BƏƏ-nin təcrübəsindən istifadə etmək daha məqsədəuyğundur. Ona görə də ilk növbədə diqqət qazanılmış təcrübəyə yönəldilməlidir: “Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024