II Yelizavetaya məxsus avtomobil hərraca çıxarıldı
Tarix: 27-10-2025 | Saat: 09:53
Bölmə:Dünya | çapa göndər

Böyük Britaniyada Kraliça II Yelizavetaya məxsus olan 2007-ci il istehsalı yolsuzluq avtomobili “Range Rover” hərraca çıxarılıb.
aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kraliçaya aid avtomobilin 50-60 min funt sterlinqə (təxminən 66 500-80 000 ABŞ dolları) satılacağı təxmin edilir.
Bildirilib ki, “Range Rover”in hazırkı sahibi onu gündəlik istifadə üçün alıb. Lakin nömrəsini yoxladıqdan sonra avtomobilin II Yelizavetaya məxsus olduğunu müəyyən edib.
Qeyd edək ki, Kral ailəsi, xüsusilə də II Yelizaveta “Range Rover” markasının pərəstişkarı olub. Kral qarajında bu markaya məxsus bir çox yolsuzluq avtomobilləri yer alıb.
Xatırladaq ki, Kraliça II Yelizaveta 8 sentyabr 2022-ci ildə vəfat edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-10-2025