Mobil versiya
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi çalışır ki, az adam pensiya alsın" - Deputat
Tarix: 24-05-2024 | Saat: 14:46
Bölmə:Siyasət | çapa göndər

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi çalışır ki, az adam pensiya alsın" -

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi çalışır ki, az adam pensiya, ünvanlı sosial yardım alsın, pensiyaların məbləği azalsın”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, hakimlər və deputatlar fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi məbləğində pensiya alırdılar: "Bu çox ədalətli idi. Həm də hakimiyyətin bütün qanadlarında pensiyanın təmin olunmasına eyni yanaşma mövcud idi. Amma tutaq ki, gələcəkdə dövlətimizin imkanları artdı, zənginləşdi və hesab etdilər ki, deputata daha çox maaş verilməlidir. Belə çıxır ki, bu halda digər millət vəkilləri artıq öz pensiyalarında bunu hiss etməyəcəklər. Yaxud manat dəyər itirdi və yenə də əməkhaqları artırıldı. Onda yenə deputatların pensiyası qalxmayacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024