Mobil versiya
Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır
Tarix: 23-05-2024 | Saat: 16:19
Bölmə:Siyasət | çapa göndər

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır


Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.

aia.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Parlamentin yaz sessiyasının sonuncu iclasının isə mayın 31-də keçirilməsi nəzərdə tutulur.

Lakin, yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağrılması gözlənilir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024