Mobil versiya
Sarsılmaz birlik və dostluğun mesajı
Tarix: 22-05-2024 | Saat: 09:29
Bölmə:Siyasət | çapa göndər

Sarsılmaz birlik və dostluğun mesajı

Azərbaycan bütün qonşu ölkələri ilə səmimi qonşuluq münasibətlərində olmaq və əməkdaşlıq platformalarını genişləndirmək niyyətindədir. O cümlədən, İran Azərbaycanın yaxın qonşusu, xüsusilə, mədəni, tarixi və ictimai bağları ilə daha yaxın olan bir ölkədir. Bu qonşu və dost ölkə ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi Azərbaycan diplomatiyasının prioritet məsələlərindən biridir. Ölkəmizin başçısı cənab İlham Əliyev mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında bu fikri belə ifadə etmişdir: “Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq.”
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsini tarixi hadisə adlandıran ölkəmizin başçısı qeyd etmişdir ki, İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi.
Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığının çox böyük önəm daşıdığını bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, “bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.”
İran-Azərbaycan münasibətlərinin nəqliyyat, logistika imnkanlarını genişləndirdiyini bildirən ölkə başçısı bunu yüksək qiymətləndirərək bildirdi ki, Şimal-Cənub nəqliyyat dəhlizi hər iki ölkənin imkanlarını artırmaqla yanaşı, ticarətin və iqtisadiyyatın inkiçşadfında da mühüm rol oynayacaqdır: “Bizim digər sahələrdə də əməkdaşlığımız həm ölkələrimizi gücləndirir, eyni zamanda, regional əməkdaşlığa da fayda verir. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır.”
Azad edilmiş Azərbaycan rayonlarında İranın investisiya fəaliyyətləri üçün açılmış imkanlar demək olar ki, tam yeni istiqamətdir. Ərazilərimizin bərpasında İranın özəl və dövlət sektorunun iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək.
Ən əsası isə bölgədə fikir və söz sahibi olmaq hüququnun ancaq bölgə ölkələrinə məxsus olduğunu qeyd edən cənab İlham Əliyev qeyd etmişdir ki, “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024