İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir
Tarix: 21-05-2024 | Saat: 18:18
Bölmə:Siyasət | çapa göndər
“Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.” Bu fikirləri mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi söyləyib.
Ölkəmizin başçısı qeyd edib ki, “Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.”
Qeyd edək ki, azad edilmiş Azərbaycan rayonlarında İranın investisiya fəaliyyətləri üçün açılmış imkanlar demək olar ki, tam yeni istiqamətdir. Ərazilərimizin bərpasında İranın özəl və dövlət sektorunun iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək. İki ölkənin sərhədində qanunsuz işğal rejiminə son qoyulması Azərbaycan və İran üçün həm də müstəsna əhəmiyyətli, daha möhkəm təhlükəsizlik məsələsidir. İran-Azərbaycan münasibətlərindəki yeni dövr Şimal-Cənub dəhlizində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Astaraçay üzərində yeni körpunun salınması belə imkanların hələ genişlənəcəyini göstərir. Ölkəmizin başçısı bunu yüksək qiymətləndirərək bildirmişdir ki, “Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.”
İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərdiyini qeyd edən cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Məhz problemləri qarşılıqlı anlaşma şəraitində həll etməyin nümunəsi olaraq hazırda Azərbaycanla-Ermənistan arasında birbaşa danışıqları göstərmək olar. Ölkəmizin başçısı bu nüansı belə ifadə etmişdir: “Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır.”
Hazırda Azərbaycan - İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir. Azərbaycan-İran əməkdaşlığı hazırkı məzmununa görə müharibədən əvvəlki dövrlə müqayisədə daha geniş, çoxşaxəli və sürətlidir. Yüksək səviyyəli münasibətlər Azərbaycanın qalibiyyətli müharibə ilə bölgədə yaratdığı yeni reallıqların və iki ölkə rəhbərliyinin yeni imkanlara tam real baxa bilmələrinin nəticəsidir.
“Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq”-deyə söyləyən cənab İlham Əliyev bundan sonra da Azərbaycan-İran münasibətlərinin dinamik inkişaf prosesinin davam edəcəyini bildirmişdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024