Mobil versiya
"Sərhədlərin demarkasiyası 1976-cı il xəritələri ilə davam etdiriləcək" - Simonyan
Tarix: 21-05-2024 | Saat: 14:48
Bölmə:Siyasət | çapa göndər

"Sərhədlərin demarkasiyası 1976-cı il xəritələri ilə davam etdiriləcək" -

Demarkasiya prosesi bütün Ermənistan-Azərbaycan sərhədi boyunca 1976-cı il xəritələri ilə davam etdiriləcək.

aia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyanın sözlərinə görə, bu xəritələr bir-birindən çox az fərqlənir və söhbət miqyas fərqindən gedir: "Ən münasib olmasa da, ən əlverişli variantlardan biridir. Bir və ya iki versiya arasında mübahisə etmək olar, lakin Sovet İttifaqı o sərhədləri çəkəndə, əsasən, bəlkə də xüsusi məqsədlə Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini aydın şəkildə çəkiblər, çünki onlar Sovet İttifaqının xarici xəritələri idi. Amma qalan xəritələri bacardıqca qarışdırıblar, deyiblər bizim inzibati ərazimizdir. Və xəritələrdə problem həmişə hər iki tərəfdə bir şeyin olduğu aydın bir sənəd tapmaq olub. İndi tapdıq, bizdə var.

Ölçəkləmə məntiqində 1 ilə 100k, 1 ilə 50k və 1 ilə 25k arasında miqyaslı xəritə var və bu seçim hazırda bizim üçün çox məqbul variantdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024