"Camaatın gəzdiyi yerdə foto çəkdirib mitinq kimi təqdim edirlər" - Siyavuş Novruzov
Tarix: 21-05-2024 | Saat: 13:17
Bölmə:Siyasət | çapa göndər
"Ümumilikdə insan alverinin yaranma mənbəyi üçün əsas şərait yoxsulluq, iqtisadi çətinlik və müharibələrdir. Biz də bunun şahidi olmuşuq və görürük. Çünki vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi. Həmin mənbə ləğv olundu, Azərbaycan öz ərazi bütövlüyün təmin etdi və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir”.
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bu gün dünyada baş verən müharibələr nəticəsində hadisələr insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir^
"Hüquq-mühafizə orqanları da bu sahədə mühüm işlər görür. Digər ölkələrdən fərqli olaraq Azərbaycan insan alverinin xüsusi forması da var və hesab edirəm ki, buna qarşı ciddi mübarizə aparmalıyıq. Bu da siyasi alverdir və bunun mənbəyi bu və ya digər cinayət törədən şəxslərin adlarını siyahıya salıb siyasi məhbus kimi təqdim etmək və onlardan aldığı pullar vasitəsilə istər Milli Şura rəhbərliyi, istər xaricdə oturan blogerlər gəlir əldə edir. Buna qarşı da mübarizə tədbirləri aparılmalıdır. Heç bir siyasi fəaliyyətlə məşğul olmayan şəxslərə arayış satmaqla onların guya siyasi baxışlara görə sıxışdırılması və heç bir partiyanın üzvü olmadan xaricə getmək üçün viza alınmasına yardım göstərilir. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır ki, gəlib Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə şəkil çəkdirir, sonradan aparıb mitinq təşkil etdiyi ilə bağlı məlumat verir. Guya onu həbs edib işgəncələr veriblər. Hamısı ali təhsili olmayan oğrulardır ki, ora yığışıblar"
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024