Mobil versiya
"Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır" - Deputat
Tarix: 21-05-2024 | Saat: 12:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır" -

"Təcrübəsi və informasiyası az olan, düşünmə qabiliyyəti o qədər də güclü olmayan uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır. Bu kimi hallara qarşı nəzarət tədbirləri olmalıdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, bu gün hələ də ölkədə erkən nikah, zorakılıq, dilənçilik, xüsusilə də uşaqların məcburi əməyə cəlb olunması faktları az deyil:

“Bu kimi hallara qarşı mübarizədə cinayət təqibi ilə yanaşı, geniş maarifləndirmə işlərinə də ehtiyac var. Azərbaycanda insan alveri ilə bağlı qanunvericilik bazası mükəmməl olsa da, onların icrası ilə əlaqəli nəzarət mexanizmi gücləndirilməli, mütəmadi monitorinqlər təşkil olunmalıdır. Bu gün virtual internet problemi hər kəsi narahat edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024