Dostluq münasibətləri
Tarix: 21-05-2024 | Saat: 09:43
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır. Azərbaycan –Belarus əməkdaşlığının inkişafına Heydər Əliyev əhəmiyyətli töhfə verib.İki ölkə arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılıb. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olub. Azərbaycanla Belarus strateji tərəfdaşlığa əsaslanaraq qarşılıqlı etimad çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirir.
Azərbaycan və Belarus beynəlxalq arenada yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər.Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko da mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. “Hər şeydən əvvəl Azərbaycan özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq”. Vurğulanıb ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Cənab Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider ölkəyə çevrildiyi bildirilib.
Ermənistanın işğalçılıq siyasəti dövründə Belarus Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib. Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. Prezident İlham Əliyev deyib: “Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Belarus prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. Belarus prezidenti Aleksandr Lukaşenkonun cənab Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması xalqımızın yaddaşına həkk olunacaq hadisələrdən biri oldu. Hər iki lider azad edilmiş torpaqları ziyarət edib, erməni vandalizmindən xilas edilmiş ərazilərimizdə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olub. Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, illik ticarət dövriyyəsinin həcminin də əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024