Mobil versiya
Spiker Asiya Qadınlar Forumunda COP29-dan DANIŞDI
Tarix: 13-05-2024 | Saat: 16:19
Bölmə:Siyasət | çapa göndər

Spiker Asiya Qadınlar Forumunda COP29-dan

Qadınlar cəmiyyətimizi ayaqda tutan əsas dəyərlərin formalaşmasında olduqca mühüm rol oynayırlar. Qadınlarımızın ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni həyatına verdikləri böyük töhfələr Azərbaycanda qadın hüquqlarına yanaşmanı əks etdirir.

Parlamentdən aia.az-a verilən məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda çıxışı zamanı Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verərkən səsləndirib.

Ölkəmizin bu sahədəki qlobal təşəbbüslərindən də danışan Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, bu təşəbbüsün reallaşması qadınların hüquqlarının inkişaf etdirilməsi üçün daha bir vacib çoxtərəfli mexanizm olacaq.

Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olmuşdur.

Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. "Böyük qayıdış"la bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. Dövlət tərəfindən dəstəklənən proqram və təşəbbüslərin həyata keçirilməsi artıq uğurlu nəticələr verməyə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024