Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayacaq
Tarix: 13-05-2024 | Saat: 15:01
Bölmə:Siyasət | çapa göndər
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük qürur hissi ilə Qarabağın taçı Şuşada qeyd edildi. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Bu anın sevincini yaşayan hər birimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Şuşa əməliyyatı dünyaya səs salaraq bir dastana çevrilib. Cənab İlham Əliyev həmin görüşdə 30 illik işğal dövrünün reallıqlarından, Şuşanın, eyni zamanda, digər ərazilərimizin işğalı dövründə ölkəmizdə hakimiyyətsizliyin hökm sürməsindən geniş bəhs etdi və bildirdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Dövlət başçısı İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” çağırışının davamı kimi dəyərləndirilə bilər. Ulu Öndərin ən böyük arzusu Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə dalğalanması idi. Artıq böyük qürurla və əminliklə qeyd edirik ki, torpaqlarımız tarixi sahibinə qovuşub, genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən Şuşanın dirçəldiləcəyini bildirdi. Bu gün Şuşa sözün əsl mənasında müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında dirşəlir. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyində Şuşada ikinci yaşayış kompleksinin, bu il isə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev istər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, istərsə də ənənəvi olaraq cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bu il keçmiş məcburi köçkünlərin qayıtdığı Laçın və Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sırasına Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi və Xocalı şəhərlərinin də daxil olacağını bildirmişdir. Həmçinin bu rəqəm də açıqlamışdır ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilə qədər 140 min məcburu köçkün dogma yurd-yuvasına qayıdacaq.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, bu gün Şuşanın yeni tarixi başlayır: “Mayın 10-da artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Həmin gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlər qayıtdı. İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlı xarakter daşıyır. Bu səfərlərin daha çox Şuşaya edildiyi diqqətdən kənarda qalmır. Təkçə dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın bu səfəri çərçivəsində Şuşada açılışı, təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşanın əvvəlki siması özünə qayıdır. 30 illik işğal dövründə hər daşı, qayası bir tarix olan, Azərbaycan xalqının izlərini özündə əks etdirən Şuşanın erməniləşirilməsi istiqamətində nə qədər cəhdlər göstərildi. Lakin bunun mümkünsüzlüyü bugünümüzün reallıqlarından da aydın görünür. Bu baxımdan ki, hər bir işğaldan azad edilmiş ərazlərimiz erməni vəhşiliklərinə şahidlik edir. Şuşa da bu vəhşilikləri yaşadı. Təkcə bu faktı qeyd etmək istədik ki, Şuşada 17 məscidin 16-sı dağıdılmış, birini isə başqa xalqa mənsub məscid kimi təqdim etməyə çalışdılar. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında bir daha diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi: “Bildirdi ki, Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, bu torpaqları ermənilərə vəd vermişdilər. Bu gün də Fransa və ABŞ bizə qarşı əsas rol oynayırlar. Onlar da bilməlidirlər ki, iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik.”
Malik Həsənov diqqəti, eyni zamanda, mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasiminə, dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışlara yönəldib: “2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda qəhrəmanlıq, zəfər və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.”
Millət vəkili vurğulayıb ki, Şuşa ötən il türk dünyasının, bu il islam dünyasının mədəniyyət paytaxtı elan edildi: “Azərbaycanın türk dünyasının, islam dünyasının həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr diqqətdən kənarda qala bilməz. Bu qərar Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Builki “Xarıbülbül” festivalının Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilməsi özündə bütün məqamları ehtiva edir.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024