Mobil versiya
Dünya birliyinə inteqrasiya imkanları genişlənir
Tarix: 13-05-2024 | Saat: 09:34
Bölmə:Siyasət | çapa göndər

Dünya birliyinə inteqrasiya imkanları genişlənir

Bolqarıstan Avropanın strateji mövqeyə malik dövləti kimi Aİ-nin siyasətinin formalaşmasında da mühüm rola malikdir. Bu dövlətlə əməkdaşlıq Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir.

Bolqarıstan Azərbaycan Respublikasını Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş kimi tanıyır.

İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib tərəflərindən biridir. Məhz buna görədir ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrini prioritet məsələ kimi davamlı hesab edir.

Hər iki dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər göstərir ki, bu əlaqələr getdikcə daha dinamik inkişaf perspektivlərindən xəbər verir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də ölkəmizə səfəri və imzalanan sənədlər göstərir ki, bu dövlətlə əlaqələrin inkişafı dövlətimiz üçün prioritet məsələlərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev sənədlərin imzalanmasından sonra mətbuata Bəyanatla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyev bildirib ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.

Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektrinin müzakirə edildiyini bildirən cənab İlham Əliyev qeyd edib ki, enerji sektorundakı əməkdaşlıq nəticəsində bu ölkə ilə ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Hər bir halda belə nəhəng layihələrin həyata keçirilməsi və Avropa ölkələri ilə təmasların yüksələn xətlə inkişaf etdirilməsi uğurludur. Dostlarımız, tərəfdaşlarımız çoxaldıqca həm Avropada, həm də dünya birliyində mövqelərimiz də möhkəmlənir və dünya birliyinə inteqrasiya prosesi güclənir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024