Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində 12 may - Beynəlxalq Tibb Bacıları Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 11-05-2024 | Saat: 13:51
Bölmə:Səhiyyə | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində 12 may - Beynəlxalq Tibb Bacıları Gününə həsr olunmuş tədbir keçirilib

Mərkəzimizin baş həkim müavini, həkim terapevt Günay İsmayılova, baş tibb bacısı Aygün Şabhazova və amblator poliklinika şöbə rəhbəri Fuad Quliyevin iştirakı ilə baş tutan tədbir də tibb bacıları tərəfindən tibbi xidmətin yüksək səviyyədə həyata keçirilməsindən, xəstələrə xüsusi qayğı və şəfqət göstərilməsindən, müalicə zamanı xəstələrlə ən çox ünsiyyətdə olmaqla onların öz sağlamlıqlarına qovuşmasında əvəzolunmaz xidmətlərindən bəhs edilib.
Səhiyyə sahəsində həkimlərlə yanaşı onların ən yaxın silahdaşı olan tibb bacılarının və digər orta tibb personallarının fəaliyyəti və zəhmətinin danılmaz olduğunu vurğulanıb və 12 may “Beynəlxalq Tibb Bacısı Günü” münasibətilə mərkəzimizdə fəaliyyət göstərən tibb bacılarını təbrik olunublar.
Bildiyiniz kimi, Bakı Sağlamlıq Mərkəzində tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı addımlar atılmaqda davam edilir. Mərkəzimizin tibb işçiləri arasında xidmət səviyyəsinin artırılması, xəstə-personal münasibətlərinin və məmnuniyyətinin inkişafına bağlı davamlı maarifləndirici tədbir və görüşlər keçirilir.
Tədbirin sonunda Bakı Sağlamlıq Mərkəzinin 12 may - Beynəlxalq Tibb Bacıları Günü üçün hazırladığı video çarx nümayiş etdirildi və səhiyyədə səmərəli fəaliyyətinə görə bir qrup tibb bacısı təltifnamə və hədiyyələrlə təltif olundu.
Baş tutan tədbirdən görüntüləri sizə təqdim edirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024