Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirilb -Fotolar
Tarix: 10-05-2024 | Saat: 10:54
Bölmə:Manşet / Siyasət | çapa göndər
2024-cü il mayın 8-də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Azərbaycan mənim ürəyimdir...” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, professor Fəzail İbrahimli, millət vəkilləri Kamaləddin Qafarov və Azay Quliyev , İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, məktəbəqədər təhsil müəssisələrinin, orta ümumtəhsil məktəblərinin, səhiyyə, mədəniyyət, müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbir iştirakçıları Binəqədidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin istirahət parkında ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anmışlar. Onlar Ulu Öndərin şəkillərindən ibarət foto-sərgi ilə tanış olmuşlar.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd etdi ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyi təmin edilib. Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Unudulmaz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini ləyaqətlə yerinə yetirərək, doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Fəzail İbrahimli çıxışında qeyd etdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ölkəmizdə hər il olduğu kimi, bu il də böyük ehtiramla qeyd edilir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzolunmazdır. Milli Məclisinin sədr müavini Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki, Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında cənab Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsini layiqincə yaşatması dayanır.
Millət vəkilləri Kamaləddin Qafarov və Azay Quliyev Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından söhbət açdılar, onun Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs etdilər. Mİllət vəkilləri Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını vurğuladılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdu. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və 8 saylı birinci seçki dairəsinin sədri Natiq Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşlar. Göstərilən yüksək etimada görə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirdi.
Tədbirin bədii hissəsində M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi nümunələrindən ibarət kompozisiyalar səslənib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024