Ariz Mehtiyev: Vacib tərəfdaş
Tarix: 02-05-2024 | Saat: 18:21
Bölmə:Siyasət | çapa göndər
Bu gün dünyanın ən aparıcı ölkələri nəinki Cənubi Qafqazda, eləcə də beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik bir ölkə kimi tanınan Azərbaycanla əməkdaşlıq etməyə can atır. Ölkəmiz həm də dünyada sülhsevər, tolerant, multikultural bir ölkə kimi tanınır. Azərbaycan eyni zamanda bu gün Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır. Azərbaycanın bir çox Avropa ölkələri ilə olduğu kimi, dünya siyasətində aparıcı rol oynayan Almaniya ilə də münasibətləri ildən-ilə yüksələn xəttlə inkişaf edir. Bu gün Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya özünün sürətli inkişaf dövrünü yaşayır. Almaniya həm də Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə edilən məsələlər hazırda ölkə və dünya mətbuatında geniş təhlil edilir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Həmçinin Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.
Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün həm də qaz, elektrik enerjisi ixracatçısı kimi tanınması da Azərbaycanın öz enerji resurslarından səmərəli şəkildə istifadə etməsinin real nəticəsidir. Son vaxtlar ən prioritet məsələlərdən biri bərpaolunan enerji mənbələrinə yeni-yeni investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə zəngin potensiala malik olması artıq bütün dünya ölkələrinə məlumdur. Mövcud Azərbaycan reallıqları, geniş imkanlar, həmçinin zəngin təcrübə ölkəmizin bu ilin noyabr ayında COP29-a ev sahibliyi etməsinə də böyük zəmin yaratdı.
Dövlət başçısı İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı qeyd etdi ki: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”
Səfər çərçivəsində çıxışı zamanı 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini də ön plana çəkən ölkə başçısı hazırda Azərbaycan tərəfindən Avropa İttifaqına 12 milyard kubmetr həcmində qaz ixrac edildiyini və 2027-ci ilə qədər bu rəqəmin 20 milyard kubmetrə çatacağını qeyd etdi. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Almaniya ilə olan münasibətlərə xüsusi önəm verir. Almaniya da öz növbəsində Azərbaycanı Cənubi Qafqazda vacib, etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Hazırda Azərbaycan və Almaniya arasında siyasi - iqtisadi əlaqələr yüksək səviyyədədir. Ona görə də əminliklə söyləmək olar ki, dövlətimizin başçısının Almaniyaya səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli şərait yaradır.
Ariz Mehtiyev
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2024
27-11-2024