İbrahimovların yaxın qohumu özünü asdı
Tarix: 21-06-2015 | Saat: 10:05
Bölmə:Gündəm / Manşet | çapa göndər
Məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin yaxın qohumu intihar edib.
Aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məzahir Cəfərov adlı həmin şəxs dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.
Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun-red.) yaxın silahdaşı olub, eyni zamanda qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.
Onun İbrahimov qardaşlarından birinin qaynı olduğu deyilir.
Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.
Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.
“Qafqazinfo”ya daxil olan məlumata görə, özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024