Mobil versiya
YAP Şirvan şəhər ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib. -Fotolar
Tarix: 18-04-2024 | Saat: 16:21
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Şirvan şəhər  ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib.

aia.az xəbər verir ki, aprel ayının 18-də Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının Şirvan şəhər İstiqlaliyyət prospekti 14 ünvanında yerləşən ( Şirvan Bələdiyyəsi ) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İclasda YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Hesabat-seçki yığıncağının keçirilməsinin əsas məqsədi ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və ərazi partiya təşkilatına sədr və sədr müavininin seçilməsi olub.

Şirvan Bələdiyyəsi ərazi partiya təşkilatının sədri Kürdoğlu Muradov hesabat dövrü ərzindəki ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. Daha sonra ərazi partiya təşkilatının sədr müavini Akif Saqiyev və ərazi partiya təşkilatının üzvlərindən olan Sərraf Əzimovun hesabat ətrafında olan çıxışları dinlənildi. Ərazi partiya təşkilatının fəaliyyəti kafi qiymətləndirildi.

Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Kürdoğlu Muradov YAP Şirvan şəhər təşkilatının Şirvan Bələdiyyəsi ərazi partiya təşkilatının sədri, Akif Saqiyev isə sədr müavini seçildilər.

Hesabat-seçki yığıncaqda çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan uğurlardan, regionlarda yaradılan infrastruktların əhəmiyyətindən, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərdən, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın regionda lider dövlətə çevrilməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışdı. O, “Yaşıl dünya naminə həmrəklik ili” ilə əlaqədar Şirvan Bələdiyyəsi ərazi partiya təşkilatının qarşısında duran vəzifələrdən, onların görəcəyi işlər barəsində tapşırıqlarını verdi.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, Şirvan Bələdiyyəsi ərazi partiya təşkilatının partiyanın tapşırıq və tövsiyyələrinin bundan sonrada operativ qayda da icrasınının təmin olunmasını vurğuladı .



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024