Mobil versiya
Novruzəli Aslanov: “Növbəti illərdə infrastruktur layihələri arasında içməli su və suvarma layihələri prioritet istiqamət olacaq”
Tarix: 17-04-2024 | Saat: 20:31
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Növbəti illərdə infrastruktur layihələri arasında içməli su və suvarma layihələri prioritet istiqamət olacaq”

“Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən iştirak etməsi bu layihənin xüsusi əhəmiyyətindən xəbər verir. Həqiqətən də uzun illərdir ki, fəaliyyət göstərən torpaq məcralı bu kanalın böyük hissəsi zaman keçdikcə sıradan çıxmış və bəzi hallarda müəyyən fəsadlara səbəb olmuşdur. Belə ki, itkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Təməlqoyma mərasimindən sonra çıxış edən dövlət başçısı bildirmişdir ki, Şirvan kanalı layihəyə əsasən faktiki olaraq yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. Kanalın uzunluğu təxminən iki dəfə artırılaraq və 200 kilometrdən çox olacaq. Bu isə müvafiq olaraq əkin sahələrinin də ümumi sahəsinin iki dəfədən çox artması deməkdir. Göründüyü kimi, layihə bölgədə kənd təsərrüfatının inkişafına güclü təkan verəcək. Lakin bu, layihənin əhəmiyyətini müəyyən edən yalnız bir istiqamətdir. İkinci bir tərəfdən, cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu gün bütün dünyada, o cümlədən respublikamızda iqlim dəyişikliyi ilə bağlı yaranan problemlər ölkənin su ehtiyatlarından maksimum dərəcədə səmərəli davranmaq zərurətini qoyub. Əbəs yerə deyil ki, hazırda bu vəzifə əsas prioritetlərdən biri kimi müəyyən edilib. Məhz buna görə dövlət başçısı öz çıxışında növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və suvarma layihələri ilə bağlı olacağını vurğuladı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat ölkənin inkişaf perspektivlərindən bəhs edərək bunları deyib: “Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişafın əsas göstəriciləridir. Lakin Azərbaycan yaxın gələcəkdə daha iri həcmli layihələrin həyata keçirilməsini planlaşdırır. O cümlədən cənab Prezident İlham Əliyev öz çıxışında bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlərin bunun dünyada misli-bərabəri olmadığını qeyd etdi. Həqiqətən də cəmi üç il ərzində görülmüş işlər – inşa edilmiş yaşayış evləri, dəmir yolları, tunellər, hava limanları, həyata keçirilmiş infrastruktur layihələri, suvarma layihələri dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Eləcə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüslərindən biri kimi diqqəti cəlb edir. Bu layihə həyata keçiriləndən sonra Azərbaycanda Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə etmək olacaq. Əlbəttə ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Bütün bunlar ölkənin ümumi inkişafına böyük töhfə olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024