Mobil versiya
Nadir rast gəlinən heyvan Lerik sakininə pənah apardı - FOTO
Tarix: 16-10-2016, 15:20 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Nadir rast gəlinən heyvan Lerik sakininə pənah apardı - FOTO






Hamarmeşə kənd sakini Qadir Rzayev yaşadığı evin həyətindəki saxlanc quyusunda indiyə qədər rast gəlmədiyi xəz dərili heyvan olduğunu görüb.

Bu haqda Aia.az xəbər verir. Məlumata görə, Lerik rayon sakininin həyətində yırtıcı heyvan peyda olub. Qadir Rzayaev əvvəl onun tülkü balası olduğunu zənn edib. Kənd sakinlərinə tutduğu heyvanı göstərəndə yaşlı insanlar bunun el arasında "ala boyun" adlandırılan heyvan olduğunu, ancaq çox nadir hallarda gözə göründüyünü bildiriblər.

Q.Rzayev müəllim olduğundan məktəbdə də həmkarlarına bu barədə söyləyib. Bir qədər araşdırdıqdan sonra həyətdə aşkar olunan bu xəzdərili heyvanın latınca adının "Martes" olduğu müəyyənləşib. Yırtıcılar dəstəsinin dələkimilər fəsiləsinə aid edilir. "Martes" kiçik canlılarla, quşlarla qidalanır. Hətta sürətli qaçmaq və cəldlik bacarığı olduğundan dovşanı belə rahat ovlaya bilir.
Onun quyruğu ilə birlikdə uzunluğu 70 sm-ə, çəkisi təxminən 1,5 kq-a qədərdir. Bu yırtıcı əsasən Avropa və Asiyada dağlıq, meşəlik ərazilərdə yaşayır. Bir neçə növü var.

Hirkan Milli Parkının mütəxəssisi Hacağa Səfərov bu növ yırtıcıların bir neçə növünün olduğunu bildirib. "Tək halda yaşayan bu yırtıcıların öz arealları olur. Meşələrimizdə yaşasa da, insan yaşayış yerlərində təsadüf hallarda müşahidə olunur. Çox güman ki, son günlər yağan güclü leysan yağışları nəticəsində kəndin ərazisinə gəlməsinə səbəb olub. Və ya ev quşlarının ovuna çıxıb".

Qadir Rzayev həyətində rastlaşdığı heyvanın xəstə olduğunu və bir qədər qulluq etdikdən sonra meşəyə buraxacağını bildirib.


aia.az



5899 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930