Gülər Sultanzadə : “2018-ci ildə keçirilmiş prezident seçkiləri yeni dövrün başlanğıcı olmuşdur”
Tarix: 11-04-2024 | Saat: 10:03
Bölmə:Siyasət | çapa göndər
“2018-ci il 11 aprel tarixi müasir Azərbaycan tarixində özünəmxsus yer tutur. Çünki 15 illik bir dövrə yekun vurulur, bu müddətdə görülən işlər xalqın mizan-tərəzisindən keçirdi. Elan olunmuş növbədənkənar prezident seçkiləri yeni çağırışlar üüçün xalqın etimadını və dəstəyini tələb edirdi.
Seçkilərdə cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilddi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmi, səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə verdi.
Beləliklə, növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 6 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.”
Bu sözləri Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz qeyd edib ki, “2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Yürüdülən siyasət nəticəsində son 20 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə minimum əməkhaqqı 12.9 dəfə, ümumi daxili məhsul 3,2 dəfə,ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb,1 958 400 yeni iş yeri açılıb. 3 min 100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb.
Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik kluba daxil oldu. Təhsilə, elmə xüsusi diqqət verilirdi. Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi. Yeni layihələr üzərində iş gedirdi. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikildi. Qazlaşdırma 95 faizə çatdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi nailiyyət idi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Respublikası Avrasiyanın vacib nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevrildi. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi və humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi.”
Gülər Sultanzadə daha sonra deyib: “2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdur.
2020-ci ildə qazanılan qələbə ilə qalib sərkərdə, görkəmli strateq olduğunu əməli fəaliyyəti ilə sübut etmişdir. Seçkidən az sonra, 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ən başlıcası, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu.
Tarix Azərbaycan xalqının bu seçiminin doğru olduğunu təsdiqləmiş oldu. 2018-ci ilin növbədənkənar Prezident seçkiləri Azərbaycanda yeni dövrün islahatlar, inkişafın yeni mərhələsi eyni zamanda tarixi zəfəri özündə ehtiva edən bir çox amillərin başlanğıcı kimi qiymətləndirilməlidir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər