Azərbaycan-Konqo münasibətləri yaxşı perspektivlər vəd edir
Tarix: 08-04-2024 | Saat: 12:30
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan dünyanın bütün ölkələri ilə maraqların üst-üstə düşən sahələrdə əməkdaşlıq etməyə həmişə hazırdır. Son dövrlərdə Azərbaycanla əlaqə qurmaq istəyən ölkələrinin sayı çoxalmışdır. Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın moderinləşməsində əldə etdiyi nəticələr diqqətəlayiqdir. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq aləmdə sülhün stabilliyin təmin edilməsi, nokolnializm və müsətmləkəçiliyə qarşı mübarizə istiqamətində apardığı işdə digər dövlətlərdə məlumatlıdırlar. Onun BMT şurasının üzvlərindən biri olarkən fəaliyyəti diqqəti çəkəndir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi hərəkat tarixində ən müsbət dövr hesab edilir. Hərəkata sədrliyi dönəmində ölkəmizin həyata keçirdiyi siyasət birmənalı şəkildə yüksək qiymətləndirilmişdir. Xüsusən pandemiya dövründə ölkəmizin başçısı cənab İlham Əliyevin tutduğu mövqe birmənalı olaraq alqışlanmış, ölkəmizə olan marağı artırmışdır.Bunun nəticəsidir ki, hərəkat üzvləri Azərbaycanın hərəkatda bir il də sədr olması təşəbbüsü ilə çıxış etdilər. Bu ölkələrdən biri də Konqo Respublikasıdır.
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu qəbul edən ölkə başçısı cənab İlham Əliyev bu səfəri və imzalanmış Bəyannaməni yüksək qiymətləndirmişdir.
Hər iki dövlət başçısı görüşdən sonra mətbuata Bəyanatla çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin yüksək olmasını qeyd etmişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.”
Sovet dönəmində Konqodan olan tələbələrin Bakıda təhsil aldığını qeyd edən ölkə başçısı bu ənənənin bərpa edilməsi üçün müvafiq göstərişlərin verildiyini bildirərək kənd təsərrüfatı, bərpaolunan eneji sahəsində əməkdaşlığa önəm veriləcəyini vurğulamışdır.
Sonda qeyd edək ki, ölkəmizin dünya səviyyəsində artan nüfuzu cənab İlham Əliyevin həm region, həm də beynəlxalq müstəvidə apardığı məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Yaxın müddətdə başlanan bu proses çox böyük sürətlə davam edir və Azərbaycana müttəfiqlər və dostlar qazandırır. Konqo kimi dövlətlərin Azərbaycanla siyasi, iqtisadi əməkdaşlığı beynəlxalq müstəvidə həyata keçirdiyimiz siyasətin dəstəklənməsi baxımından da qiymətlidir.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər