Mobil versiya
YAP Zəngilan rayon təşkilatının 30 illik yubileyi qeyd edildi -Fotolar
Tarix: 05-04-2024 | Saat: 18:32
Bölmə:Manşet / Siyasət / Cəmiyyət | çapa göndər

YAP Zəngilan rayon təşkilatının 30 illik yubileyi qeyd edildi

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli tarixi yoldan danışdı. Qeyd etdi ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Müasir müstəqil Azərbaycanın bugünkü iqtisadi inkişafı, sabitliyi, qüdrətli orduya malik olması, regionda aparıcı dövlətə çevrilməsi, dünyada söz sahibi olması məhz cənab Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə edilmişdir. Sıralarında 2 mindən çox üzvü birləşdirən bu gün 30 illik yubileyi qeyd olunan rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, Partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin çıxış və müsahibələrindən irəli gələn vəzifələr əsasında eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib. Rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir.

Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Mili Məclisin Deputatı İmamverdi İsmayılov, veteran partiya üzvləri Həsən Ələkbərov, Almas Osmanova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğurunda töhfəsindən geniş bəhs etdilər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiya dəyərlərinin təbliğində aktiv iştirak etdiyi üçün və «YAP Zəngilan rayon təşkilatının təsis edilməsinin 30 illiyi» münasibətilə fərqlənən bir qrup partiya üzvünə və 70 illik yubileyi münasibəti ilə Həsən Ələkbərov və Almas Osmanovaya Fəxri Fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024