Mobil versiya
Novruz Aslanov seçiciləri ilə görüşüb -Fotolar
Tarix: 05-04-2024 | Saat: 10:22
Bölmə:Manşet / Siyasət / Cəmiyyət | çapa göndər

Novruz Aslanov seçiciləri ilə görüşüb

Millət vəkili Novruz Aslanovun aprel ayının 4-də İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçiciləri ilə görüşüb. Öncə Ismayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul edib, 20 nəfər seçicinin iştirak etdiyi qəbulda qaldırılan məsələlər dinlənilib və müzakirələr aparılıb. Qəbulda şəhid ailələri və qazilər də iştirak edib. Sosial məsələlər ilə bağlı müraciətlərlə yanaşı digər məsələlərə də baxılıb. Seçicilərin qaldırdığı bir neçə məsələ barədə əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə Təzəkənd kəndində sakinlərlə görüş keçirilib. Əsasən kommunal problemlər müzakirə predmeti olub. Yerli qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib. Ənənəvi olaraq sakinlərə dəstək məqsədilə müvafiq humanitar yardımların ediləcəyi nəzərdə tutulub.

Axşam saatlarında Novruz Aslanov və Nahid Bağırov şəhid ailələrinin və qazilərin iştirakı ilə təşkil edilən iftar süfrəsində səmimi münasibətlərə görə hər bir şəhid ailəsinə və qazilərə təşəkkürlərini bildiriblər.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024