Mobil versiya
Çavuşoğlu: Fransa başda olmaqla, digər Qərb dövlətləri sülh üçün Ermənistana təzyiq göstərməlidir
Tarix: 04-04-2024 | Saat: 11:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

Çavuşoğlu:

Fransa başda olmaqla, digər Qərb dövlətləri sülh üçün Ermənistana təzyiq göstərməlidir.

aia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı olması əslində Qərbin də marağında olmalıdır: "Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oyanyır. Bu baxımdan Fransa başda olmaqla digər Avropa dövlətləri Ermənistana sülh üçün təzyiq göstərməlidir".

"Türk milləti və Türkiyə dövləti olaraq hər zaman Azərbaycanın yanındayıq", - M.Çavuşoğlu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024