Mobil versiya
AFFA iki klubu cərimələdi
Tarix: 02-04-2024 | Saat: 17:04
Bölmə:İdman | çapa göndər

AFFA iki klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

aia.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVIII turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimə edilib.

“Sumqayıt” isə “Araz-Naxçıvan”la matçda intizamsızlığa yol verən 4 oyunçusuna görə analoji sanksiyaya məruz qalıb. Bundan başqa, qarşılaşmanın 90+2-ci dəqiqəsində sumqayıtlıların məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.

Onun bu hərəkəti klubunun 1500 manat cərimələnməsinə səbəb olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024