Mobil versiya
Erməni vəhşiliyinin hüdudları
Tarix: 02-04-2024 | Saat: 09:46
Bölmə:Siyasət / Özəl | çapa göndər

Erməni vəhşiliyinin hüdudları

İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, xüsusi qəddarlığı ilə yadda qalan 1918-ci il martın 31-dən başlayaraq aprel aynın ilk günlərində Bakı Kommunasının mandatı altında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərinə törədilmiş kütləvi qırğınlar olub. Həmin il Bakı Kommunasına rəhbər erməni millətçisi Stepan Şaumyan təyin edilmişdi. Martın 30 da daşnak-erməni birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutmağa başladılar. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək, amansız qətllər törətdilər. Martın 31-i və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni bolşevik birləşmələri Bakıda 10 mindən çox azərbaycanlını qətlə yetirdilər. Həmin qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırıldı, işgəncə və amansızlıqla öldürüldü. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Həmin soyqırımın qəddarlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnaklar uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etmişdilər. Azğınlaşmış daşnaklar martın 30-dan aprelin 3-dək Bakı şəhərində törətdikləri cinayətləri Azərbaycanın digər bölgələrində də həyata keçiriblər. Həmin soyqırımı zamanı Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insanı öz torpaqlarından qovulub
1918-1919-cu illərdə təkcə Qubada ermənilər tərəfindən 3 minə qədər yəhudi qətlə yetirilib. Həmin qırğınlar nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdı. Ən dəhşətlisi də odur ki, aparılmış tədqiqat zamanı ermənilərin dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməməsinin müəyyən edilməsidir. Belə ki, aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başlarını bədənlərindən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla Martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fərmanın imzalanması həm də məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024