Mobil versiya
Özəl Novruz təbriki
Tarix: 23-03-2024 | Saat: 20:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Özəl Novruz təbriki

Novruz bayramı xalqımızın milli bayramıdır. Bu bayram həmişə xalqın böyük coşqusu ilə qeyd olunur. Builki Novruzun da özünəməxsus xüsusiyyəti var. Çünki Novruz tonqalı bu il qədim Azərbaycan şəhəri Xankəndidə qalanıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev ənənəvi bayram tonqalını bu dəfə Xankəndi şəhərinin mərkəzi meydanında alovlandırmaqla illərdən bəri xalqımızın arzuladığı günü gerçəkləşdirmiş oldu. Tonqal alovlandıqdan sonra yerli sakinlərlə görüşən cənab Prezident geniş çıxış edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi.
Ölkəmzin başçısı öz təbrik nitqində də qeyd etdi ki, Qarabağ torpağında 4-cü dəfə Novruz tonqalı qalaması onu sevindirir. 30 illik həsrətə son qoyulduqdan sonra Qarabağın öz tarixi simasına qayıtması, illərlə didərgin həyatı yaşayan insanların doğma ocaqlarında bayram şənliyi keçirməsi ilə fəxr edən dövlət başçısı ilk növbədə bu yolda canlarını fəda etmiş şəhidləri andı və onlara Allahdan rəhmət dilədi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.”
Cənab İlham Əliyev qeyd etdi ki, altı ay bundan əvvəl keçirilən uğurlu antiterror əməliyyatı göstərdi və sübut elədi ki, bizim üçün Vətənin hər qarış torpağı da, ən kiçik daşı da müqəddəsdir və bizi bu yoldan kimsə döndərə bilməz. “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır” - deyən ölkə başçısı buna iqtisadi inkişaf nəticəsində nail olduğumuzu qeyd etdi.
Xankəndi şəhərinin tarixi Azərbaycan şəhəri olduğunu, Qarabağ xanı Pənahəli xan tərəfindən salındığını bildirən cənab Prezident şəhərdəki tarixi memarlıq abidələrinin müəlliflərinin məhz azərbaycanlı memarlar olduğuna diqqəti çəkərək bildirdi ki, bütün bu binalar vaxtilə Azərbaycanın maliyyəsi ilə inşa edilmişdir. Ermənilərin mənimsəməyə çalışdıqları bütün tarixi abidələrdə xalqımızın əməyi və əl izləri vardır və erməni separatizminin nümunələri yalnız bu şəhərin memarlıq ansamblını pozmaqdan başa bir şeyə yaramdaığından onlar ləğv edilmişdir və şəhər öz əzəli görkəminə qaytarılır.
Xocalı şəhərində tikilən memorial kompleksin təməlqoyma mərasimindən sonra separatçıların qondarma parlament binasının söküldüyünü və separatizmin son qalıqlarının da ləğv edildiyini bildirən cənab Prezident xalqımızı bir daha Novruz bayramı münasibətilə təbrik etmiş “Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!” – nidası ilə nitqni yekunalşdırmışdır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024