Mobil versiya
Siqaret çəkmək qarında təhlükəli piylərin yığılmasına səbəb ola bilər
Tarix: 22-03-2024 | Saat: 09:02
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər

Siqaret çəkmək qarında təhlükəli piylərin yığılmasına səbəb ola bilər

Danimarkanın Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, siqaret çəkmək qarın boşluğunda təhlükəli visseral (daxili orqanları əhatə edən) piylərin miqdarını artırır.

Mendel randomizasiyasından istifadə edərək, tədqiqatçılar 600 min yetkin iştirakçıda siqaretin bədən yağının paylanmasına təsirinin genetik sübutlarını araşdırıblar. Mendel randomizasiyası hər hansı genlərin dəyişdirilmiş variasiyaları ilə müəyyən xarici təzahürlər (əlamətlər) arasındakı əlaqəni qiymətləndirmək üçün bir üsuldur. Alimlər, həmçinin subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və hər bir iştirakçının boyu, çəkisi və bel ölçüsünü qeyd ediblər.

Nəticələr göstərib ki, orta hesabla siqaret çəkənlər vərdişsiz insanlardan daha az çəkiyə malikdirlər. Bununla belə, siqaret bədəndə visseral yağın artması səbəbindən bel ətrafını da böyüdür. Visseral piy qarın boşluğunda həyati vacib daxili orqanların (ürək, mədə, qaraciyər, böyrəklər, ağciyərlər) yaxınlığındakı yağ yataqlarıdır.

Həddindən artıq visseral yağ həm arıq, həm də kök insanlarda müxtəlif xəstəliklərə və həyati təhlükələrə səbəb ola bilər. Bunlara hipertoniya, ateroskleroz, şəkərli diabet, infarkt və insult daxildir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024